Xızı rayon Mərkəzi kitabxanası

Xızı rayon
Xəbərlər
20 Yanvar , 2015

20  yanvar faciəsinin 25–ci ildönümü ilə əlaqədar olaraq Xızı rayonda yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbir 20 yanvar gecəsi şəhid olmuş qəhramanların ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı “20 yanvar 25 il sonra” adlı sənədli film nümayiş etdirilmişdir. Mədəniyyət işçilərinin və məktəblilərin birgə tarın və böyük ekranda 20 yanvar faciesini eks etdiren foto-slaydın müşaiəti ilə hazırladığı kompazisiya tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Yanvarın 20-si rayon rəhbərliyi və rayon ictimaiyyətinin yeni yaradılmış “Şəhidlər xiyabanı”na birgə yürüşü olmuşdur.